featured-image-63585

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Şamaxı” – “Neftçi” (0:2) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

Evdə qalib gəlmək istəyirdik. Təəssüf ki, alılnmadı. İlk yarıda pis oynamadıq, qol imkanlarından istifadə edə bilmədik. Hər şey üst-üstə düşür, zədəlilər çoxalır. Bilirdik ki, ehtiyat qüvvəmiz az olduğu üçün çətinliklər olacaq. Bunlar normaldır, mövsüm ərzində olur. Sevindirci haldır ki, bu gün gənc oyunçu Elmar Məmmədov debüt etdi. Qarşıdakı günlərdə toparlanacağıq. İnanıram ki, hədəfimizə çatacağıq.

– Yeni hücumçu transfer edəcəyiniz gözlənilirdi. Bu məsələ nə yerdə qaldı?

– Həm sənəd problemi var idi, həm də hazır deyildi. Vaxtımız az olduğu üçün onunla müqavilə imzalamadıq.

– “Kəpəz”lə xal fərqi 1-ə, “Səbail”lə 8-ə endi. Sonluq sizin üçün də gərgin keçəcək?

– Məncə də. Onsuz da 3 xallıq sistemdə 8 xal çox deyil. Qarşıdakı turlarda çox şey dəyişə bilər.

Bənzər xəbərlər