featured-image-58904

“Üzücü məğlubiyyət oldu. Son dəqiqələrdə təəssüf ki, qol buraxdıq. Futbolçularım xarakter göstərdi, vuruşdu. Epizodlardan daha yaxşı istifadə etsəydik, xal qazana bilərdik. Üç gündən-bir oynayırıq. Heyətimiz geniş deyil. Sayılmayan qolumuzda ofsayd xətt müəmmalı qaldı. Məncə, şübhəli məqamdır. Mənə görə ofsayd yox idi. Davam edəcəyik, qarşıdakı oyuna hazırlaşacağıq”.

Msport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasında III turdan təxirə salınmış “Şamaxı” – “Qarabağ” oyunundan sonra keçirilmiş mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

– Cəlal Hüseynovdan başqa razılaşdığınız futbolçu var?

– Cəlal transferini demək olar ki, bitirmişik. Tanıdığımız futboçudur. Axtarışlarımız davam edir. Yerli oyunçu gətirmək çətindir, klublar buraxmır. Daha çox legioner transferlərinə köklənmişik. Ayrılan oyunçuların yerini mütləq doldurmalıyıq.

– Leroy Mikelsə təkliflər olduğu deyilir. Onu itirməkdən qorxmursuz?

– Leroyu 2 ildir izləyirdim, əvvəlki klubuma transfer etmək istəmişdim. Potensilalı olan futboçudur. Bizimlə müqaviləsi var. Əgər təklif gəlsə, bəlkə fikirləşərik. Amma ümumən yaya kimi heç kimi buraxmaq fikrində deyilik. Bu oyunçuları Azərbaycan futboluna qazandıqmaq məni sevindirir.

– Üç gün sonra “Sabah”la matçınız var. Fiziki cəhətdən komanda üçün çətin olmayacaq?

– Qış fasiləsinə gedirik. Bütün komandalar yorğundur. Amma mən futbolçularıma inanıram. “Qarabağ”la matçdan 3 gün sonra “Sabah”a qarşı oynamaq çox çətindir. Komandanın bu gün göstərdiyi oyun mənə ümid verir.

Bənzər xəbərlər