featured-image-57749

“Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün şəhərin 75 illiyi idi. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi”.

Msport.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis meydanda yaxşı mübarizə getdiyini bildirib: “Oyun baxımından razı qaldım. Sadəcə, bir xalı çıxarmalıydıq. Çox təəssüf ki, qapımızda yenə penalti gördük. Top təsadüfən futbolçumuzun əlinə dəydi. Ondan qabaqkı epizodu qola çevirsəydik, hər şey başqa cür olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşacağıq. Çempionat gərgin keçəcək”. 

Bənzər xəbərlər