Ayxan Abbasovun Portuqaliya sınağı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə Portuqaliya ilə qarşılaşacaq.
Barseluş şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu görüş millimizin baş məşqçisi Ayxan Abbasovun komanda ilə ilk rəsmi oyunu olacaq.
Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparacaq. U-21-in növbəti oyununu Bakıda Bolqarıstana qarşı keçirəcək.