featured-image-61628

“Kəpəz”in futbolçusu Turan Manafovun “Turan Tovuz”un qapısına vurduğu qol PFL tərəfindən ötən ayın ən yaxşı qolu seçilib.

Msport.az xəbər verir ki, müdafiəçi Gəncə klubunun mətbuat xidmətinə açıqlamasında təəssüratlarını bölüşüb:

“Əsas olan odur ki, “Kəpəz” uğur qazansın. Seçim zamanı mənə səs verənlərə təşəkkür edirəm. Həmin qoldan sonra sosial şəbəkələrdə azarkeşlərdən də təbriklər alırdım. Mənə dəyər verən hər kəsə öz minnətdarlığımı bildirirəm. Mənim üçün əsas olan komandamın qələbəsi, uğurudur. Həmin oyunda uduzsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası qalmayacaqdı. Növbəti oyunlara, qələbələrə hazırlaşmalıyıq. Klubumuz, azarkeşlərimiz üçün yaxşı nəticələr qazanmağa çalışacağıq”.

 

Bənzər xəbərlər