Azər Bağırov: “2 xal itirdik”
“Kəpəz” Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində öz meydanında “Araz-Naxçıvan”la 0:0 hesablı heç-heçə edib.
Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Çempionatın liderlərindən birinə qarşı möhtəşəm oynadıq. Epizodları qola çevirə bilməsək də, uşaqlara tşkkkür edirəm. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik”.
– Rati Ardazeşvili ilə Luis Paçunu əvəzləməyinizin səbəbi nə idi?
– Oyunun gedişatı yenilənmə tələb edirdi. Onları təhlükəyə ata bilmərik. Hücumda sürəti artırmaq istədik. Bu, bəzi epiozdlarda alındı. Son nöqtəni qoya bilmədik. Sonradan meydana daxil olanlar oyuna pis qoşulmadı.
– Camal Cəfərov 3 epizodda fərqlənə bilmədi. Sizcə, qol vurmaq üçün nə çatmadı?
– Texniki keyfiyyətlərdir. Camal yaxşı fiutbolçudur. Sadəcə qol duyumunda geri qalır. Çoxdandır oynamamağı buna səbəb ola bilər.
– Mahammadu Banın durumu necədir?
– Sabahdan məşqlərə başlayacaq. “Sabah”la matçda ciddi zədə almışdı. Ümumi durumu normaldır. Qırıq-çıxıq yoxdur.