featured-image-58368

“Heç olmasa 2 qol vurmalı idik. Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən hakim qərarsızlığı oyunumuza yaxşı təsir göstərmədi. Əks-hücumda qol buraxdıq. Üzücü oyun oldu. “Zirə”ni təbrik edirəm.

Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının XV turunun “Zirə” ilə oyunundan (0:4) sonra mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Oyunun əvvəlində Ehtiram Şahverdiyevə qarşı kobulduq olan epizodun təkrarını izləmisiniz?

– Əlbəttə, baxmışıq. Rəqib Ehtiramı yüz faiz dartır, vurur. Hakimlər zəif komandalarda qarşı hansısa qərarı verəndə düz olurlar. Bu barədə danışmaq istəmirəm. Danışanda əzilmiş kimi sayılırıq.

– Luis Paçunun zədələnməsi oyununuza təsir etdi?

– Deməzdim. Orxan Əliyevin 100 faizli 3 epizodu oldu. O epizodlardan maksimum yararlanmalı idi. Həmişə demişəm, oyuna köklənmək çox önəmlidir. Həmin epizodlarda konsentrasiya istənilən kimi deyildi.

– Komanda 9-cu pillədədir. Qışda nələri dəyişmək istəyirsiniz?

– Yuxarı pillə ilə də çox böyük məsafəmiz yoxdur. Gücləndirəcəyimiz mövqelər olacaq. Hələ bu barədə danışmaq tezdir. Qarşıda 2 oyun var. Bu matçları xal baxımından yaxşı dəyərləndirmək lazımdır.

– Premyer Liqada qalmaq sizin üçün uğur sayılacaq?

– Klubun strategiyası Premyer Liqada qalmaqdır. Yuxarı qalxsaq, bizim uğurumuz olacaq. Çox işləmək, səhvləri minimuma endirmək lazımdır.

Bənzər xəbərlər