Azər Bağırov: “Əsas odur ki, qələbə qazandıq”
“Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu”.
Msport.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov “İmişli”yə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildiirb: “Bizim üçün oyun çətin başladı. Birinci hissədə qol epizodlarımız da oldu. Amma yararlana bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü “Zirə” ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq”.
Qeyd edək ki, “İmişli”yə 1:0 hesabı ilə qalib gələn “Kəpəz” Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.