Azər Bağırov: “Məğlub olası oyun deyildi”
“Kəpəz” Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Səbail”ə 0:1 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Mütəxəssis məğlubiyyətə belə şərh verib: “Maraqlı oyun oldu, yaxşı mübarizə apardıq. Əslində məğlub olası oyun deyildi. Təəssüf ki, yaratdığımız qol fürsətlərindən yararlana bilmədik. Önümüzə baxmalıyıq. Hələ qarşıda 16 oyun var, davam edəcəyik”.