featured-image-64905

“Kəpəz” Azərbaycan Premyer Liqasının XXXIV turunda Tovuz şəhər stadionunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– İnanıram ki, oyun hamının xoşuna gəldi. Maraqlı qarşılaşma oldu. Premyer Liqada qalmağı təmin etməyimizə baxmayaraq, uşaqlar yaxşı mübarizə apardılar. Bütün “Kəpəz” camiəsini təbrik edirəm.

– Komanda Premyer Liqada qalmağı təmin etmişdi. Dünən həm də klubun yeni sponsoru açıqlandı. Bu amillərin komandanın motivasiyasına təsiri oldu?

– Hər ikisi ola bilər. Hər oyun futbolçunun həyatında yeni səhifədir. Bir amil də odur ki, üzərimizdə psixoloji basqı yox idi.

– Növbəti mövsümün planları cızılmağa başlayıb?

– Yaxın vaxtlarda bu sualların hamısına cavab verəcəyik.

Bənzər xəbərlər