featured-image-58706

“Kəpəz” Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Neftçi”yə 1:2 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə, etdiyimiz texniki səhvlərın nəticəsində birinci hissədə qapımızda iki qol gördük. İkinci yarıda aqressivliyi artırıb, daha yaxşı oynadıq. Qol epizodlarımız oldu. Oyun heç-heçə də bitə bilərdi. Reallıqlarla barışmaq və hər bir vəziyyətə hazır olmaq lazımdır”.

Bənzər xəbərlər