featured-image-56548
“Növbəti mərhələni düşünməyin mənası yoxdur, çünki hələ bir oyunumuz qalıb. Biz işləməyə davam etməliyik”.
Msport.az xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Alisiya Korreya deyib.
Müdafiəçi AVRO-2025-in pley-off mərhələsində Azərbaycan yığmasına qarşı cavab matçı öncəsi fikirlərini açıqlayıb. 21 yaşlı müdafiəçi bildirib ki, 4:1 hesablı qələbəyə baxmayaraq cavab görüşünə ciddi hazırlaşırlar: “Favorit? Demirəm ki, biz favoritik, əslində, bunu birinci oyunda göstərdik. Bilirik ki, Azərbaycanla matç yaxşı keçdi, onlar asan rəqib deyil. Biz, bəlkə də, oyunu asanlaşdıran tərəf olduq, amma mükəmməlliyimizi artırmaq və konsentrasiyamızı saxlamaq istəyirik ki, bu pley-offu keçək. Nəyə qadir olduğumuzu hamıya göstərmək istəyirik”.
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması oktyabrın 29-da Vizelada keçiriləcək.

Bənzər xəbərlər