Azərbaycan çempionatında 100-cü səfər qolu
Azərbaycan Premyer Liqasının XXI turunda “Turan Tovuz”la keçirilən oyun “Səbail” üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, qəsəbə təmsilçisi ölkə çempionatlarında 100-cü səfər qolunu vurub.
Yubiley topunun müəllifi 1:1 hesabı ilə yekunlaşan qarşılaşmada Madi Queta olub. “Səbail” 113-cü səfər görüşündə 100 qola çatıb. Paytaxt klubu Azərbaycan çempionatlarında bu həddə çatan 19-cu komandadır.
Qeyd edək ki, “Səbail”in ilk səfər qolu 2017-ci il avqustun 13-də “Zirə” ilə matça (1:2) təsadüf edib. Həmin qola Vüqar Nadirov imza atıb.