featured-image-64077

Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sumqayıt”la keçirilən oyun “Zirə”nin futbolçusu Məqsəd İsayev üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Onun yubiley matçında komandası doğma arenada 3:1 hesablı qələbə qazanıb.

İsayev Premyer Liqada meydana çıxdığı 250 oyunda 6 qol vurub. O, ölkə çempionatlarında 250 və daha çox oyun keçirən 76-cı futbolçudur. Məqsəd bu qarşılaşmaların 49-nu hazırkı komandasında keçirib və 1 dəfə fərqlənib. Cinah oyunçusu “Neftçi”də 75, “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20, “Qəbələ”də isə 61 (3 qol) görüşdə iştirak edib.

Qeyd edək ki, Məqsəd İsayevin Premyer Liqada debütü 2013-cü il noyabrın 30-na təsadüf edib.

Bənzər xəbərlər