featured-image-61064

Minifutbol üzrə Azərbaycan çempionatının bombardirləri açıqlanıb.

Msport.az Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda bombardirlər yarışına Tural Adığözəlov başçılıq edir.

“Göyçə”nin oyunçusunun aktivində 21 qol var. Onu 19 qolla Təmkin Xəlilzadə (“Birbaşa Bakı”), Kamran Qürbətov və Rəvan Kərimov (hər ikisi “Zirə”) izləyir. Elvin Əlizadə (“Birbaşa Bakı”) isə 17 dəfə fərqlənib.

Qeyd edək ki, bu gün ölkə çempionatında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Bənzər xəbərlər