Azərbaycanda “ayın qolu”nun müəllifləri açıqlandı
Peşəkar Futbol Liqası Azərbaycan çempionatlarında “ayın qolu”nun müəlliflərini açıqlayıb.
Msport.az xəbər verir ki, qurum bununla bağlı siyahı dərc edib.
Münsiflər heyəti Azərbaycan Premyer Liqası, I və II Liqada martın ən yaxşı qolunu vuran futbolçuları müəyyənləşdirib.
Premyer Liqada Tellur Mütəllimov, I Liqada Pablo Alveş, II Liqada isə Rəvan Quluzadə səs çoxluğu ilə ən yaxşı seçilib.