Azərbaycan çempionatlarında finalın tarixi açıqlandı
AFFA-nın bayrağı altında təşkil edilən U-15 və U-16 Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Msport.az xəbər verir ki, cavab oyunlarının ardından finalçılar bəlli olub.
Eyni zamanda hər iki liqada final və III yer uğrunda görüşün təqvimi də müəyyənləşib. Beləliklə, U-15 Liqasının qalibi mayın 26-da, U-16 Liqasının çempionu isə ertəsi gün bəlli olacaq.
AFFA U-15 Liqası, yarımfinal, cavab oyunları
“Qarabağ” – “Qəbələ” – 4:3
Davud Abdullayev, 1; Daniil Rəcəbov, 15; Murad İsmailov, 33, 35 – Tunar Bayramov, 3; Mehdi İsmayılov, 50, 53
“Sabah” – “Neftçi” – 0:0 (penaltilərlə 4:2)
Bombardir: Ruslan Əbilov (“Sabah”) – 35 qol.
26 may
III yer uğrunda oyun
12:30. “Qəbələ” – “Neftçi” (Bayıl Arena)
Final oyunu
16:00. “Qarabağ” – “Sabah” (Bayıl Arena)
AFFA U-16 Liqası, yarımfinal, cavab oyunları
“Neftçi” – “Zirə” – 4:1
Orxan Əliyev, 10; Emin Süleymanov, 50; Hüseyn Hümbətov, 57; Sahib Xəlilli, 90+1 – Şamxal Heydərli, 3
“Sumqayıt” – “Qarabağ” – 3:4
Ramal Cəlilov, 15, 36; Elgün Həsənov, 55 – Kamaləddin Cəfərli, 49; Hüseyn Bayramov, 67; Kənan İsmayılov, 70; Polad Hüseynov, 81
Bombardir: Riad Qaradağlı (“Qarabağ”) – 38 qol.
27 may
III yer uğrunda oyun
12:30. “Sumqayıt” – “Zirə” (Bayıl Arena)
Final oyunu
16:00. “Qarabağ” – “Neftçi” (Bayıl Arena)