Azərbaycan derbisinə qiymət qoyuldu
“Qarabağ” Azərbaycan Premyer Liqasının 31-ci turunda “Neftçi”ni qəbul edəcək.
Msport.az xəbər verir ki, Azərbaycan derbisinin biletləri artıq satışa çıxarılıb.
Qiymətlər isə sektorlara uyğun dəyişir. Biletlərin qiyməti 3, 7 və 15 manat aralığındadır. Azarkeşlər biletləri iTicket.az-dan onlayn, qarşılaşma günü isə eyni zamanda Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər. Stadionun qapıları azarkeşlərin üzünə matçın startına 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, aprelin 19-da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlayacaq.