featured-image-63314

Minifutbol üzrə Çempionlar Liqasının hansı ölkədə keçiriləcəyi müəyyənləşib.

Msport.az xəbər verir ki, turnirdə Azərbaycan çempionatının qalibi “Birbaşa Bakı” və gümüş mükafatçısı “Zirə” də  iştirak edəcək.

Oyunlar sentyabrın 17-21-i aralığında Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq. Çempionlar Liqasından bir həftə sonra isə eyni məkanda “Aznur” Avropa Kuboku turnirində ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi “Birbaşa Bakı”dır.

Bənzər xəbərlər