featured-image-61105

Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürüb.

Msport.az xəbər verir ki, bu gün ilk oyun keçirilib.

“Kəpəz” Tovuzda “Neftçi”ni qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakılıların heyətində 35-ci dəqiqədə Ağadadaş Salyanski topu boş qapıdan keçirərək hesabı açıb. Son nöqtəni isə 69-cu dəqiqədə başla Yuri Matias qoyub.

Səfər qalibiyyəti “Neftçi”ni yarımfinala bir addım yaxınlaşdırıb. Bu komandalar arasında cavab matçı fevralın 28-də “Neftçi Arena”da keçiriləcək.

Qeyd edək ki, bu gün və sabah mərhələnin digər oyunları olacaq.

Bənzər xəbərlər