Azərbaycan Kuboku: “Qarabağ” yarımfinalda
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, günün yeganə matçında “Qarabağ” “Şamaxı” ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam klubunun qələbəsi ilə bitib – 3:1. “Köhlən atlar”ın heyətində Emmanuel Addai 6 və 61-ci, Leandro Andrade 63-cü dəqiqədə fərqləniblər. Qonaqların qolunu 31-ci dəqiqədə Karim Rossi vurub. Rossi sonuncu dəqiqədə penaltidən yararlana bilməyib.
İlk görüşdə “Şamaxı” 2:1 hesabı ilə qalib gəlsə də, “Qarabağ” yarımfinala vəsiqə qazanıb. Komanda növbəti raundda “Sabah” – “Qəbələ” (ilk oyun – 0:0) duelinin güclüsü ilə qarşılaşacaq.







