Azərbaycan Kuboku: Yarımfinalın ilk oyunlarının cədvəli
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi açıqlanıb.
Msport.az xəbər verir ki, raundun hər iki matçı aprelin 2-də keçiriləcək.
Həmin gün ilk olaraq “Araz-Naxçıvan” – “Qarabağ”, ardından isə “Neftçi” – “Sabah” qarşılaşması olacaq.
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
2 aprel (çərşənbə)
17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
“Liv Bona Dea Arena”
19:30. “Neftçi” – “Sabah”
“Neftçi Arena”