Azərbaycan kuboku: "Zirə" finala yüksəldi!
Azərbaycan kubokunda 1/2 finalın cavab görüşlərinə start verilib.
Msport.az xəbər verir ki, bu gün finala vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.
“Zirə” öz meydanında “Turan Tovuz”u qəbul edib. Komandalar arasında keçirilən ilk matçda paytaxt klubu 2:0 hesablı qələbə qazanıb. Cavab matçında qapılara qol vurulmayıb – 0:0.
Beləliklə, “Zirə” tarixində 3-cü dəfə Azərbaycan kubokunun finalına vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci cavab görüşü sabah keçiriləcək.
21 aprel (çərşənbə axşamı)
19:00. “Zirə” – “Turan Tovuz” – 0:0 (İkinci hissə)
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 2:0
22 aprel (çərşənbə)
“Sabah” – “Qarabağ”
İlk oyun – 2:2







