Azərbaycan Kubokunda mövsümün rekordu
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Neftçi” oyununda azarkeş rekordu qeydə alınıb.
Msport.az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan görüşdə 6600 fanat olub.
Bu, ölkə kubokunun cari mövsümü üçün ən yüksək göstəricidir. “Sabah” klubunun mətbuat xidmətinin yaydığını məlumata əsasən, oyuna gələn tamaşaçılar arasında Azərbaycanla yanaşı, Polşa, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İndoneziya və Rusiya vətəndaşları da olub.
Qeyd edək ki, iki oyunun cəmində 3:2 hesablı qələbə qazanan “Sabah” finala yüksəlib.