Azərbaycan Kubokunun finalının hakimləri açıqlandı
“Araz-Naxçıvan” və PFL arasında keçiriləcək futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar müəyyənləşib.
Msport.az xəbər verir ki, mövsümün son matçını Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcov idarə edəcəklər.
Görüşün hakim-inspektoru Füzuli Nəcəfov olacaq.
Qeyd edək ki, iyunun 5-də “Olimpik Star”da keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.