Azərbaycan – Macarıstan matçının biletləri satışa çıxarıldı
Azərbaycan və Macarıstan milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.
Msport.az xəbər verir ki, qiymətlər kateqoriyaya görə dəyişir.
Belə ki, 1-ci kateqoriya 5 manat, 2-ci kateqoriya 2 manat, VİP biletlər isə 10 manatdır. Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən əldə edə bilərlər.
Qeyd edək ki, iyunun 10-da “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Macarıstan matçı saat 20:00-da başlayacaq.