Azərbaycan millisi Haitiyə böyük hesabla uduzdu
Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, yığmamız günün ikinci matçında Haitiyə 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, millimiz günün ilk görüşündə İsrail komandasına 3:1 hesabı ilə qalib gəlib.
Beləliklə, Azərbaycan millisi qrupda 3-cü yeri tutub və 65-96-cı yerlər uğrunda pley-off oyunlarında iştirak edəcək.
Xatırladaq ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliyaya isə 1:3 hesabı ilə uduzub.







