featured-image-57494

İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson Azərbaycan komandasına qarşı keçirəcəkləri Millətlər Liqası matçından əvvəl mətbuat konfransında iştirak edib.

Msport.az xəbər verir ki, mütəxəssis bir neçə oyunçunun zədəli olduğunu bildirib.

O, start heyəti ilə bağlı sabah səhər tibbi müayinədən sonra qərar verəcəklərini sözlərinə əlavə edib: “Sabahkı matçda da qələbə qazanmaq istəyirik. C Liqasının ən yaxşı millisi olmaq niyyətindəyik. DÇ-2026 üçün buradan pley-off şansı da əldə edə bilərik”.

Qeyd edək ki, noyabrın 19-da “Strouberri Arena”da təşkil olunacaq İsveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Bənzər xəbərlər