featured-image-61865

“Daha yaxşısını edə biləcəyimizi və güclü olduğumuzu göstərmək üçün yüksək motivasiyamız var”.

Msport.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Monteneqro yığmasının kapitanı Slacana Bulatoviç UEFA Millətlər Liqasında Azərbaycan millisinə qarşı keçiriləcək I turun oyunu barədə danışarkən deyib.

Yığmamızın aqressiv komanda olduğunu söyləyən 30 yaşlı hücumçu Bakıya iddialı gəldiklərini bildirib: “Azərbaycan millisində bizdə olmayan “futbol təkəbbürü” var. Bu seqmentdə onlarla yarışmaq üçün əlimizdən gələni etməliyik. Bəzi nəticələr qazandıqda daha çoxunu gözləmək və istəmək normaldır. Biz bu dövrədə böyük şeylər gözləyirik. Qarşıya qoyduğumuz hədəflərə çatmağa hazırıq”.

Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Monteneqro oyunu saat 15:00-da başlayacaq.

Bənzər xəbərlər