featured-image-63054

Haiti millisinin baş məşqçisi Sebastyen Minye Azərbaycana qalib gəldikləri yoldaşlıq oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Komandamın oyunundan razı qaldım. Çətin oyun olacağını gözləyirdik. Ardıcıl 9-cu qələbəni qazandıq. Bu, tarixdə ilkdir. Həm də Avropada birinci qələbəni əldə etdik. Yaxşı komandaya qarşı oynasaq da, 3 cavabsız qolla qalib gəldik.

– Azərbaycan yığmasında Avropa komandasına xas hansı xüsusiyyətlər gördünüz?
– Atmosfer fərqli idi. Stadionu da qeyd etmək istərdim. Bu atmosferdə komandamın necə oynayacağını gözləyirdim. Oyunçular gözləntilərimi qarşıladı.

– Uzaq Haitidən gəlmisiniz. Oynamağa başqa rəqib tapmadınız?
– FIFA pəncərəsi ilə bağlıdır. KONKAKAF turnirinə vəsiqə qazanmışıq. 5 komanda ilə oynamaq şansımız var idi. İsveçrə, Azərbaycan, İrlandiya və daha 2 rəqib. Azərbaycana müraciət etdik və müsbət cavab aldıq. Hər şey yaxşı idi.

– Azərbaycan millisində ən zəif tərəf nə idi və ona görə hazırlaşmışdınız?
– Rəqibi təhlil etmişdik. Güclü və zəif tərəflərini bilirdik. Öz komandama köklənirəm. Pressinq tətbiq edə bildik. Hücuma çıxanda da yaxşı müdafiə olunduq.

Bənzər xəbərlər