featured-image-55776

“Azərbaycanla son Avropa çempionatının seçmə mərhələsində də eyni qrupda yer alırdıq. Bu səbəbdən də rəqibi yaxşı tanıyırıq”.

Msport.az xəbər verir ki, bunu Estoniya millisinin futbolçusu Markos Poom deyib.

25 yaşlı yarımmüdafiəçi sabah Millətlər Liqasında Azərbaycana qarşı oyundan gözləntilərini açıqlayıb: “Yeni baş məşqçimiz olduğundan inanıram ki, bizə yaxşı oyun planı verə biləcəklər. Mütləq qələbə qazanacağımıza ümid etmək istəyirik. Şübhəsiz ki, bərabərsəviyyəli oyun olacaq, amma nəticə əldə edə bilərik”.

Markos bildirib ki, Azərbaycan yığması hücuma meyilli futbol oynayır: “Onlar yaxşı xarakterə malikdirlər və fərdi keyfiyyətləri yüksəkdir. Lakin Azərbaycanın da zəif tərəfləri var. Rəqib müdafiədə zəifdir. Ümid edirik ki, biz güclü tərəflərimizdən istifadə edə bilərik”.

Qeyd edək ki, Estoniya – Azərbaycan matçı sabah saat 20:00-da start götürəcək.

Bənzər xəbərlər