"İmişli" - "Karvan-Yevlax" oyununda bərabərlik
Bu gün Azərbaycan Misli Premyer Liqasında 2025-2026 mövsümünə yekun vurulacaq.
Msport.az xəbər verir ki, sonuncu – 33-cü turda bir oyun keçirilib.
“İmişli” Qubada “Karvan-Yevlax”ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Bu oyun komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyib. Belə ki, “İmişli” 9-cu, “Karvan-Yevlax” isə mövsümü sonuncu – 12-ci yerdə başa vurub.
24 may (bazar)
16:00. “İmişli” – “Karvan Yevlax” – 1:1
Qollar: Peter Kings, 29 (0:1), Dioqo Kardozu, 90+4 (1:1)
Baş Hakim: İnqilab Məmmədov
Quba Olimpiya İdman Kompleksinin stadionu
Turun digər nəticələri
“Araz-Naxçıvan” – “Zirə” – 3:2
“Kəpəz” – “Neftçi” – 0:1
“Qəbələ” – “Şamaxı” – 3:1
“Sumqayıt” – “Qarabağ” – 3:4
“Turan Tovuz” – “Sabah” – 1:2







