featured-image-61524

Azərbaycan Premyer Liqasında yanvarın ən yaxşı qolu müəyyənləşib.

Msport.az xəbər verir ki, Peşəkar Futbol Liqası bununla bağlı səsvermənin nəticəsini açıqlayıb.

Səsvermə zamanı ən çox səs “Kəpəz”in futbolçusu Turan Manafovun XIX turda “Turan Tovuz”un qapısına vurduğu ilk qol toplayıb. Münsiflər heyətinin 11 üzvündən 4-ü onun qolunu seçib.

26 yaşlı müdafiəçini iki oyunçu izləyib. Bunlar qış fasiləsində “Turan Tovuz”dan ayrılan Otto Con və “Zirə”nin müdafiəçisi Ruan Renatodur. Hər iki futbolçu 3 səs yığıb.

Bənzər xəbərlər