Azərbaycan UEFA reytinqində irəlilədi
Ölkələrin UEFA reytinqi açıqlanıb.
Msport.az xəbər verir ki, Avropa Liqasının IV, Konfrans Liqasının III turunda baş tutan matçlar siyahıda dəyişikliklərə səbəb olub.
Azərbaycan siyahıda bir pillə irəliləyib. Buna “Qarabağ”ın Avropa Liqasında “Bodo Qlimt”ə qalib gəlməsi səbəb olub. Qurban Qurbanovun yetirmələri 2:1 hesablı qələbə ilə ölkəmizə 0,500 xal gətirib.
Hesabında 19,625 xal olan ölkəmiz Avropada 27-ci pilləyə yüksəlib. Azərbaycan Bolqarıstanı keçib.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 95,160 xal.