featured-image-63414

“Hypers Guba”nın prezidenti Ayaz Abdullayev AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Msport.az xəbər verir ki, buna səbəb onun II Liqanın XIX turunda “Ağdaş”la oyundan sonrakı davranışı olub.

Hakimi təhqir edən komanda rəhbəri 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb. “Hypers Guba” buna görə 400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmin anda meydana daxil olaraq hakimi təhdid edən “Hypers Guba”nın məşqçisi Rəsul Babazadə isə 2 oyunluq cəzalanıb. Komanda daha 100 manat cərimə olunub.

Bənzər xəbərlər