“Azərbaycanın topa sahib olmasına imkan verməməliyik”
Portuqaliyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Fransisko Neto bu gün Bakıda Azərbaycan yığması ilə AVRO-2025-in seçmə mərhələsinin 1-ci mərhələsinin ilk oyunu haqda danışıb.
Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında millimiz barədə bunları deyib:
“Biz topa sahib olanda və onu itirəndə nə edəcəyimizi bilməliyik. Azərbaycanın topa sahib olmasına imkan verməməliyik, güclü və aqressiv reaksiya göstərməliyik. Əgər onlara topu saxlamağa icazə versəniz, cinahlardan hücum etməyə çalışaraq öz oyunlarını qurmağa başlayacaqlar. Azərbaycan top olanda çox mobil komandadır. Azərbaycanın matça 4, yoxsa 5 müdafiəçi ilə çıxacağına hələ də şübhələrimiz var. Biz təxmin etməyi sevmirik, ona görə də diqqətimizi planımıza yönəltməliyik”.
Azərbaycan – Portuqaliya oyunu bu gün “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.