Azərbaycanla oyun haqda: “Qələbəyə layiq idik”
“Komandamız maksimumu ortaya qoydu, cəsarətlə mübarizə apardı və təslim olmadı”.
Msport.az xəbər verir ki, bunu Monteneqronun qadınlardan ibarət futbol millisinin baş məşqçisi Mirko Mariç UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən oyunu şərh edərkən deyib.
O, 1:1 hesabı ilə yekunlaşan qarşılaşmada qələbəyə layiq olduqlarını bildirib: “Buraxdığımız qoldan sonra oynadığımız futbolu ilk dəqiqələrdən göstərməli idik. Bu tempdə çıxış etsəydik, mütləq qalib gələrdik. Ələ düşən imkanlara baxdıqda qələbəyə layiq idik. Ancaq yenə də sona yaxın bərabərlik topunu vurduq. Qrupda birinci yeri tutmaq və B Liqasına yüksəlmək üçün Litva ilə son matçda əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, hazırda Monteneqro və Azərbaycan milliləri hərəyə 5 xalla C Liqasının IV qrupunda 1-2-ci yerləri bölüşür.