featured-image-64175

AFFA İntizam Komitəsi U-15 Liqasında çıxış edən “Şamaxı”ya cəzaları açıqlayıb.

Msport.az xəbər verir ki, “Metak”la oyunun sonlarında hakimi təhqir edən baş məşqçi Tərlan İsgəndərov və komanda rəsmisi Amil Mənsimov hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalandırılıb.

“Şamaxı”nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanov isə meydana daxil olaraq “Metak”ın bir neçə azyaşlı futbolçusunu yumruqla vurub. AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq mütəxəssis 1 illik futboldan uzaqlaşdırılıb və müstəsna hal olaraq 500 manat cərimələnib.

Qərara əsasən, “Şamaxı” növbəti ev matçını azarkeşsiz keçirəcək.

Bənzər xəbərlər