Babək Quliyev “Yagelloniya”nın matçında
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Msport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Novi Pazar” (Serbiya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Novi Pazar şəhərində yerləşən “Qradski” stadionunda baş tutacaq.