featured-image-62295

Bakıda “D” kateqoriyalı məşqçi kursları davam edir.

Msport.az xəbər verir ki, kurslar AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunur.

İkinci gündə təlimatçı İlham Əzizzadə və Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən iştirakçılara müxtəlif mövzulara dair nümunələr göstərilib. Bunlar “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzular olub. İştirakçılarla bu mövzuların müxtəlif prizmalardan müzakirəsi aparılıb.

20-dən çox şəxsin qatıldığı kurs nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilib. Məşqçi kursları bu gün başa çatacaq.

Bənzər xəbərlər