Bakıda növbəti UEFA kursu
AFFA-nın təşkilatçılığı ilə UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun II mərhələsi keçirilib.
Msport.az xəbər verir ki, üç gün çəkən məşğələlərə UEFA təlimatçısı Fritz Schmid və yerli təlimatçılar Aslan Kərimovla Osman Rəhimov rəhbərlik ediblər. Tədbirin son günündə “ASK Arena”da praktiki məşq olub.
Qeyd edək ki, məşqçilik kursunun növbəti mərhələləri dekabr və yanvar aylarında təşkil olunacaq.