featured-image-63887

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının oyunlarının hakimləri müəyyənləşib.

Msport.az xəbər verir ki, mundialda 14 ölkənin referisi fəaliyyət göstərəcək. Onlar arasında azərbaycanlı Rza Məmmədov da olacaq.

Dünya çempionatında oyunları idarə edəcək hakimlər: Alaa Eddin Zidan (Liviya), Ales Müller (Sloveniya), Aleksander Vangelov (Bolqarıstan), Antoniyo Meşiç (Xorvatiya), Katalin Pidqirni (Moldova), Grem Florens (ABŞ), İlyes Çakrun (Tunis), İstvan Mod (Macarıstan), Marko Popoviç (Monteneqro), Mixal Bereş (Slovakiya), Mohammed Adnan İsmail (İraq), Rza Məmmədov (Azərbaycan), Tamaş Paul (Rumıniya), Tomaş Sikora (Çexiya).

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək.

Bənzər xəbərlər