featured-image-82225

“Barselona”nın zədəli futbolçusu Frenki De Yonqun meydana nə vaxt qayıdacağı məlum olub.

Msport.az xəbər verir ki, niderlandlı yarımmüdfiəçi milli komandaların oyunları ilə bağlı fasilədən sonra oktyabrın 8-də hazır ola bilər.

Əgər hər hansı ağrılar və gərginlik yaranmasa.

29 yaşlı futbolçu klub oyunları olmayan dövrdə boş vaxtından istifadə edərək müalicəsini tamamlamağı planlaşdırır.

Xatırladaq ki, Niderland millisinin üzvü DÇ-2026 zamanı sağ dizinin daxili yan bağında yırtıq zədəsi almışdı.

 

Bənzər xəbərlər