featured-image-61273

“Araz Naxçıvan”ın yeni trasnferi Əyyub Allaş klubun mətbuat xidmətinə açıqlama verib. Msport.az xəbər verir ki, Mərakeş əsilli belçikalı futbolçu ölkəmizə ikinci gəlişindən, komandasının qarşısına qoyulan hədəflərdən və öz məqsədlərindən danışıb:

“Elmar müəllimi “Qəbələ”də işləyən vaxtdan tanıyıram. Komandamı dəyişmək, özümü yeni klubda sınamaq istəyirdim. Baş məşqçi yazdı ki, yenidən məni öz komandasında görmək istəyir. Menecerimlə bunu müzakirə etdik və sonra Azərbaycana gəldim. Yenidən Azərbaycana gəldiyim üçün xoşbəxtəm.

Azərbaycan çempionatında nəticələrlə maraqlanırdım. Təklif gəldikdən sonra “Araz Naxçıvan”ı bir qədər də araşdırdım. Komandanın turnir cədvəlindəki yeri iddiasından xəbər verir. Yüksək hədəflər uğrunda mübarizə aparan klubun üzvü olmaq xoşdur.

“Araz Naxçıvan”a kömək etmək üçün burdayam. Mənim də hədəflərim yüksək yerlərdir. Futbol proqnozları sevmir, ona görə də yayda vəziyyətin necə olacağını bilmək olmaz. Lakin hər şeyin uğurlu olması üçün əlimizdən gələni edəcəyik.

Başqa klublardan da təkliflər var idi. “Araz Naxçıvan”ıın baş məşqçisini tanıdığım üçün bu komandanı seçdim. Futbolçu üçün baş məşqçi çox vacibdir. Onun iş prinsiplərinə bələd olanda daha rahat olur.

Baş məşqçi şans verərsə, “Kəpəz”ə qarşı oynamağa hazıram. Uyğunlaşmaq üçün qısa da olsa, vaxt lazımdır. Əksər futbolçuları tanıdığım üçün bu mərhələni keçəcəyimə əminəm”.

Xatırladaq ki, Allaş “Araz Naxçıvan”dan əvvəl ölkəmizdə “Qəbələ”də çıxış edib. O, məhz həmin komandadan “Şerif”ə yollanmışdı.

Bənzər xəbərlər