featured-image-64475

AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə liqalarda hakimləri təhqir edən futbolçu və məşqçilərlə bağlı cəzaları açıqlayıb.

Msport.az xəbər verir ki, Əvəzedicilər liqası və Region Liqasında futbolçular bu yola əl atıblar.

Belə ki, Əvəzedicilər liqasının XXXII turunun “Sabah-2” – “Qarabağ-2” oyunundan sonra birincilərin oyunçusu Stefen Ende, Region Liqasında isə “Marafon” – “Dirçəliş” görüşündə ikincilərin üzvü Nurlan Dadaşov hakimi təhqir edib. Bu üzdən hər iki futbolçu 4 oyunluq cəzalanıb.

“Metak”ın U-13 və U-14 komandasına baş məşqçilik edən Mehman Səfərov iki fərqli liqadakı davranışına görə sanksiya ilə üzləşib. O, U-14 Liqasında “Caspian”la matçda hakimi təhqir edib, U-13 Liqasında isə “Uğur”la qarşılaşmadan sonra referini təhqir və təhdid edib. Mütəxəssis hər iki liqadan 5 oyunluq diskvalifikasiya olunub.

Bənzər xəbərlər