“Bayern”də ciddi itki
“Bayern” ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, Münhen klubu Luis Dias Çempionlar Liqasının 3-cü turunun “Arsenal”la oyununda (2:2) zədələnib.
Kolumbiyalı futbolçu 68-ci dəqiqədə əvəzlənmişdi. Ona sol budun arxasındakı əzələ dəstəsinin yırtılması diaqnozu qoyulub.
29 yaşlı vinger 4-6 həftə arası komandasına kömək edə bilməyəcək.







