featured-image-63030

“Hazırda komandada ab-hava yaxşıdır. Qələbə qazanmaq istəyirik”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Haiti komandası ilə yoldaşlıq matçından əvvəl keçirilən mətbuat konfransında deyib.

28 yaşlı müdafiəçi rəqib haqqında da fikirlərini bildirib: “Haiti bizə çox tanış olmasa da, hazırlığımız zamanı onların oyunlarını izləmişik. Kifayət qədər yaxşı oyunçulara malikdirlər. Sabah bizi maraqlı oyun gözləyir.

Yığmaya yeni cəlb olunanların hər biri həvəslidir. Biz də belə idik. Çox istəyirlər ki, milli formanı geyinsinlər. Təcrübəli oyunçular çalışır ki, adaptasiya prosesində onlara kömək etsinlər. Hazırda hər şey yaxşıdır”.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.

Bənzər xəbərlər