Bəhlul Mustafazadə sabiq komandası barədə danışdı
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan kubokunun “Sabah”la keçiriləcək final matçından öncə keçirilən mətbuatı konfransında iştirak edib.
Msport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi yaxşı komandaya qarşı oynayacaqlarını bildirib:
“Bizə qarşı çox yaxşı təşkilatlanmış “Sabah” görəcəyik. Onlar üçün Avropa Liqasına getmək və ilk titul baxımından vacib oyundur. Biz də titullarımızın sayını artırmaq istəyirik. Fikirləşirəm ki, çox yaxşı final görüşünə çıxacağıq”.
Qeyd edək ki, “Qarabağ” – “Sabah” qarşılaşması mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.