featured-image-62123

Belarus millisinin bir futbolçusu Azərbaycan yığması ilə yoldaşlıq görüşündə iştirak etməyəcək.

Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, “Yelimay” klubunun kapitanı Nikita Korzun zədə səbəbindən klubun və millinin qarşıdakı matçlarını buraxacaq. 29 yaşlı yarımmüdafiəçi dizindəki zədədən əziyyət çəkir. O, Tacikistan və Azərbaycanla yoldaşlıq görüşləri üçün heyətə cəlb olunmayacaq.

Qeyd edək ki, millimizin Belarusla oyunu martın 25-də Bakıda baş tutacaq.

Bənzər xəbərlər