featured-image-60517

“Sabah” Azərbaycan Premyer Liqasının XX turunda doğma meydanda “Sumqayıt”la qolsuz heç-heçə edib.

Msport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Danışmaq bizim üçün çətindir. Bu gün həqiqətən də yaxşı oynadıq, topa nəzarət edən tərəf biz idik. Çoxlu qol fürsətləri yaratdıq. Amma bunlardan yararlana bilmədik. Çalışmağa davam edəcəyik.

– Hücumçuların son oyunlarda məhsuldarlığının aşağı olmasının səbəbi nədir?

– Eniş o zaman deyə bilərik ki, yetərincə qol fürsətləri yaratmırsan. Bəzən buna psixologiya ilə kömək edirlər. Bu gün çoxlu qol epizodları yaratdıq. Bəzən daha keyfiyyətli çıxış edə bilərdik.

– Qol vurmaq üçün başqa nə çatmadı?

– Təkrar edirəm, bu gün üstünlük, oyuna nəzarət bizdə idi. Rəqibin cərimə meydançasında 5-6 qol fürsətimiz oldu. Futbolda belə hallar olur. Bunun üzərində çalışmalıyıq.

– Yeni qapıçı Stas Pokatilovun bu gün heyətdə yer almamasının səbəbi nədir?

– O, hələ hazır deyil. 4-5 gündür məşq edir. Formasını yığdıqdan sonra onu qapıda görəcəyik. Onu da qeyd edim ki, Yusif İmanovun son oyunlardakı performansından razıyam.

– Elvin Camalovun komandadan ayrılmasının səbəbi nədir?

– Bəzi oyunçular var ki, bəzən məşqçinin oyun stilinə uyğun gəlmir. Elvin oynamaq istəyirdi, ehtiyat oyunçular skamyasında oturmaq istəmirdi. Ona, sadəcə, uğurlar arzu edə bilərik.

Bənzər xəbərlər